Ana Sayfa > Özəl / Media > Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır3-11-2022, 11:10. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixdə Soçidə keçirilən üçtərəfli görüşündə birgə bəyanat qəbul edilib. Sənədə əsasən tərəflər indiyədək əldə olunmuş razılaşmaların icrasına sadiqliklərini bir daha ifadə edib, mövcud problemlərin həlli istiqamətində əlavə səylər göstərməyə razılaşıblar. 2022-ci il oktyabrın 31-də Soçidə Üçtərəfli görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 09 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların icrasını müzakirə ediblər. Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərilməyə razılaşdırılmışdır. Görüş zamanı Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə çoxillik münaqişəyə son qoyulmaqla Qarabağ münaqişəsi artıq tarixdə qalsa da indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq vaxtı yetişmişdir və bu məsələdə Rusiya Federasiyasının Prezidentinin rolu yüksək qiymətləndirilməlidir. Azərbaycanın nisbətən yaxın vaxtlarda beynəlxalq hüququn fundamental prinsipləri nəzərə alınmaqla Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsipi irəli sürməsi və bu prinsiplərin, xüsusilə, Rusiya tərəfindən müsbət qarşılanması münasibətlərin normallaşması prosesinə çox yaxşı impuls verəcəyinə əminik. Bəyanatda Rusiya sülhməramlılarının bölgədəki rolu xüsusi olaraq vurğulanıb. Həmçinin, tərəflərin güc tətbiq etmə və güc tətbiq etmə ilə hədələmədən çəkinmələri, bütün problemləri istisnasız olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq prinsipi əsasında həll etmələri razılaşdırılıb. Güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edilərək həllinə razılaşdırılmışdır. Bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi deyilir. Tərəflər arasında mövcud imkanlar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək. Liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının, habelə iki ölkə xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər. Həmçinin Azərbaycan və Ermənistan liderləri Rusiyanın bu ölkələr arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışlayıblar. Fəxrəddin Vəliyev YAP Şəmkir rayon təşkilatının sədri aia.az Geri dön |