Ana Sayfa > Özəl > QARABAĞ MÜNAQİŞƏSİ ARTIQ KEÇMİŞDƏ QAILB.

QARABAĞ MÜNAQİŞƏSİ ARTIQ KEÇMİŞDƏ QAILB.


3-11-2022, 10:57. Yazar: sevinc1
QARABAĞ MÜNAQİŞƏSİ ARTIQ KEÇMİŞDƏ QAILB.

2020- ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. 44 günlük müharibədə Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin və bir sıra strateji yüksəkliklərin azad olunmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bunu da qeyd etmeliyik ki, ölkəmizin Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yeni reallıqlar yaranıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi artıq yeni dövr başlayıb - quruculuq dövrü, postmünaqişə dövrü. Biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”.Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra düşmənlə diplomatik müstəvidə aparılan savaş da ölkəmizin tam üstünlüyü ilə davam etdirilir. Bütövlükdə indiyədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə də inamla qoruyub saxlayır. Oktyabrın 31-də Soçidə keçirilən görüş də bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev əvvəllər olduğu kimi, Soçi görüşündə də Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi. Soçi görüşü Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi.

Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün nəticələri respublikamızın növbəti siyasi-diplomatik uğuru oldu. Belə ki, budəfəki Soçi görüşü və imzalanan bəyanat da göstərdi ki, Azərbaycan Vətən müharibəsindən sonra yaranmış yeri reallıqlardan irəli gələrək maraqlarını qətiyyətlə təmin edir. Bu görüş bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra yaratdığı reallıqların məzmununa uyğun olaraq ölkəmizin milli mənafelərinin reallaşmasının bütün dövlətlərin siyasi müstəvisində və müzakirələrində təmin edir. Artıq bütün siyasi platformalarda Qarabağ münaqişəsinin başa çatdığı qəbul edilir.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi
“Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır”.

Laçın rayon 45 nömrəli tam orta məktəbin Tarix müəllimi gənc fəal Sevinc Kərimli.
aia.az

Geri dön