Ana Sayfa > Manşet / Özəl > “FOHOW” Beynəlxalq Korporasiyası bağlanacaqmı?
“FOHOW” Beynəlxalq Korporasiyası bağlanacaqmı?2-11-2022, 18:33. Yazar: sevinc1 |
“FOHOW – Azərbaycan”ın rəsmi nümayəndəsi Rüstəm Nağıyevdən şok açıqlamalar Artıq 8 ildir ki, Azərbaycanda nümayəndəliyi və geniş şəbəkəsi olan “FOHOW” Beynəlxalq Korporasiyasının fəaliyyəti ilə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır. Xatırladaq ki, əsası 1999-cu ildə Çin Xalq Respublikasında qoyulmuş bu şirkət əsasən insan orqanizminin immun sistemini gücləndirdiyi iddia olunan qida əlavələrinin satışı ilə məşğuldur. Korporasiyanın özündən təqdim olunan açıqlamalara görə, bu gün “FOHOW”-un ticari şəbəkəsi artıq dünyanın 90-dan çox ölkəsini əhatə edir. Lakin dediyimiz kimi, son vaxtlar Korporasiyanın iflas durumda və bağlanmaq ərəfəsində olması, eləcə də bir çox digər məsələlər barədə həm dünyada, həm də Azərbaycan ictimaiyyətində ziddiyyətli fikirlər səsləndirilir. Təbii ki, bu vəziyyətdə həm Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışan vətəndaşları, həm də istehlakçıları bəzi suallar narahat etməyə başlayır. Yeni aldığımız məlumatlarda isə “FOHOW – Azərbaycan”ın rəsmi nümayəndəsi Rüstəm Nağıyevin bir qədər əvvəl çalışdığı şirkətə qarşı artıq məhkəmə iddiası qaldırdığı bildirilir. Həqiqətən də “FOHOW” bağlanırmı..? Korporasiyanın hazırki maliyyə durumu hansı vəziyyətdədir..? Korporasiyanın Azərbaycanda fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi necə həyata keçirilir..? “FOHOW – Azərbaycan”ın fəaliyyətində ölkə qanunları ilə ziddiyyət təşkil edən hansı məqamlar mövcuddur..? Bütün bu suallara cavab almaq üçün əməkdaşımız şirkətin rəsmi nümayəndəsi Rüstəm Nağıyevlə görüşüb. Lakin görüş zamanı məlum oldu ki, Rüstəm müəllimin “FOHOW – Azərbaycan”la əməkdaşlığı artıq dayandırılıb. Həm də R.Nağıyevin sözlərinə görə bu, tamamilə qeyri-qanuni olub və buna görə də keçmiş rəsmi nümayəndə şirkəti məhkəməyə və digər rəsmi dövlət qurumlara şikayət ünvanlayıb Rüstəm Nağıyevlə müsahibəni olduğu kimi təqdim edirik. - Rüstəm müəllim, ilk növbədə özünüzün “FOHOW – Azərbaycan”dakı fəaliyyətiniz barədə bir qədər məlumat verməyinizi xahiş edirəm. - Mən rəsmi olaraq 02 fevral 2021-ci il tarixindən “FOHOW – Azərbaycan”ın nümayəndəsiyəm. Fəaliyyətim dövrümdə şirkətə əməkdaş qismində bir neçə distribüter işə cəlb etmişəm. Əldə etdiyim nəticələr, effektivlik göstəricilərim hər zaman yüksək olub. Lakin əməkdaşlıq etdiyim dövrdə mənim diqqətimi belə bir məqam cəlb etdi ki, şirkətin fəaliyyətində Azərbaycan qanunvericiliyinə zidd olan məqamlar var. Məsələn, müqavilələr bağlanmır, məhsullar verilsə də, ödənişlər əvəzində çeklər təqdim edilmir. Müəyyən müddət sonra mən bu kimi əməllərin artıq təsadüfi xətalar deyil, məhz düşünülmüş fəaliyyət xətti olduğuna əmin oldum. Bundan sonra şirkətdən ödədiyim vəsaitin çeklərini tələb etdikdə, məni əməkdaşlığa son veriləcəyi barədə xəbərdar etdilər. Bundan sonra mən vəkilimlə görüşdüm və biz 26 oktyabr 2022-ci il tarixində “FOHOW – Azərbaycan”a pritenziya məktubu ünvanladıq. Buna cavab olaraq oktyabrın 27-də aldığımız məktubda isə artıq kodumun bağlanması barədə rəsmi məlumat aldıq . Eyni zamanda şirkətdən bütün nümayəndəliklərə məktub göndərdilər və bununla şirkətdə mənim əməkdaşlığıma son qoydular. Yenə də vəkilimlə məsləhətləşmələrdən sonra, mövqeyimi ortaya qoyaraq, şirkətlə bağlı bütün qanuna zidd işlər barədə məhkəməyə və digər dövlət qurumlarına rəsmi müraciyyət ünvanlaladıq. Hadisələrin sonrakı gedişi barədə də ictimaiyyətə mütləq məlumat verəcəyəm. - Rüstəm müəllim, şirkətin müdiri Sizin qərəzli mövqeyinizi qeyd edir və iddia edir ki, əslində nümayəndəliyə verilməli olan sualları onlara verirsiz. Bu barədə nə deyə bilərsiz? - Əslində onların nə deməyi məni çox düşündürmür və qətiyyən narahat etmir. İlk növbədə ona görə ki, əslində bu şirkət rəhbəri özü şirkətin fəaliyyətindən demək olar ki, məlumatsızdır. Məsələn, müdirin xəbəri varmı ki, bu gün nümayəndəliklər əslində satış həyata keçirmirlər. Sadəcə olaraq paylanma əməliyyatları keçirilir və yalnız bu əsasla şirkətə pul ödənişləri olunur. Lakin mən burada bütün məqamları açıqlamaq istəmirəm. Yaxşısı budur ki, tələsməyək və qanunun aliliyi prinsipini rəhbər tutaraq bir qədər səbr edək. Hadisələrin inkişafı barədə yeni məlumatları növbəti saylarımızda təqdim edəcəyik. Elbrus Bağırov aia.az Geri dön |