Ana Sayfa > Özəl > AMEA-nın Fizika İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və ĞAMŞ -ın təşəbbüsü ilə İnstitutun rəhbərliyi şəhid ailələri ilə görüş keçirib
AMEA-nın Fizika İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və ĞAMŞ -ın təşəbbüsü ilə İnstitutun rəhbərliyi şəhid ailələri ilə görüş keçirib2-11-2022, 16:40. Yazar: sevinc1 |
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşəbbüsü ilə İnstitutun rəhbərliyi şəhid ailələri ilə görüş keçirib. Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov şəhid ailələri ilə görüşüb. Onlara baş sağlığı verib, Allahdan səbr diləyib. Bildirib ki, şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaq.O, Vətən uğrunda canından keçən oğullarımızın təkcə onların deyil , hər kəsin övladı olduğunu qeyd edib. Daha sonra şəhid ailələri İnstitutda yaradılmış «Şəhidlər guşəsi» ilə tanış olublar. Tədbirin davamı olaraq kollektivin iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun icraçı direktoru, professor Hüseyn İbrahimov açıb. İlk olaraq Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. O çıxışında bildirib ki, Ali Baş Komandanımız İlham Əliyevin dəfələrlə sülh danışıqları üçün göstərdiyi səylərə baxmayaraq qarşı tərəf danışıqları qəbul etmirdi. Qarşı tərəfin razılıqları rədd etməsi və inadkalığı müharibəyə yol açdı. H. İbrahimov parlaq qələbənin minlərlə şəhidimizin qanı hesabına əldə edildiyini vurğulayıb. Qeyd edib ki, şəhidlərimiz vətənpərvərlik və igidlik nümunəsi göstərərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçiblər. O, bildirib ki, şəhidləri yad etmək, onların ailələrinə başsağlığı çatdırmaq və xatirələrini daim yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Tədbirdə İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova çıxış edib. O, Şəhid Şəhriyar Həbibi, şəhid Fikrət Zeynallı, şəhid Həsənov Bahadir kimi əsgərlərimizin timsalında neçə-neçə şəhidimizin fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda canlarından keçdiyini vurğulayıb. Bildirib ki, oğullarımız canları bahasına Azerbaycan xalqına qələbə sevincini bəxş ediblər. Şəhidlər bizim qüruru yerimizdir, fəxrimizdir. O, I və II Qarabağ müharibəsində çox oğullarımızın şəhid olduğunu, onların heç vaxt unudulmayacağını və oların əziz xatirəsi daim uca tutulacağını bildirib. İclas İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimovun çıxışı ilə davam edib. O çıxışında II Vətən müharibəsindən əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edib. Bildirib ki bu gün qorxmadan öz torpaqlarımızı ziyarət edə biliriksə, bunun üçün Azərbaycan əsgərlərinə borcluyuq. Daha sonra iclas fizika üzrə fəlsəfə dokturu Suma Hüseynovanın çıxışı ilə davam edib. O, çıxışında bildirib ki, 30 ildən sonra Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi bir hadisədir. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, igidlərin qanı bahasına alınmış torpaqları qorusun, bu anı heç vaxt unutmasın və daim yaddaşlarında saxlasınlar. İclasda , həmçinin , fizika üzrə fəlsəfə doktoru Lalə Əliyeva və başqaları çıxış ediblər. Sonda şəhid Şəhriyar Həbibinin anası Təranə xanım Fizika İnstitutunun rəhbərliyinə Həmkarlar İttifaqı Komitəsinə və GAMŞ-a diqqətə və göstərilən təssəbusə görə minnətdarlığını bildirib. O Şəhriyar və digər şəhidlərin xatirəsinin əziz tutulduğu üçün fəxr etdiyini , bütün şəhidlərin qurur yerimiz olduğunu bildirib . Şəhid Həsənov Bahadirin həyat yoldaşı Mətanət Məcidova da Fizika İnstitunun kollektivinə öz təşşəkürunu bildirib, zəfər bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Tədbirin sonunda iclas iştirakçılarına videoçarx nümayiş olunub. Elman Hüseyinov aia.az Geri dön |