Ana Sayfa > İdman > Şarapovanın cəzası məlum oldu
Şarapovanın cəzası məlum oldu9-06-2016, 10:30. Yazar: admin |
Dopinq istifadəsində şübhəli bilinən rus tennisçi Mariya Şarapova 2 il oyunlardan uzaqlaşdırılma cəzası alıb. Aia.az-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 28 yaşlı tennisçi ötən gün İngiltərənin paytaxtı Londonda təşkil edilən məhkəmədə hakim qarşısına çıxıb. Qanında Meldonyum adlı dopinqli maddə aşkarlanan Şarapova haqqında 2 il professional tennisdən uzaqlaşdırılma qərarı verilib. Tennisçi qərardan dərhal apelyasiya şikayəti verəcəyini bildirib. Qeyd edək ki, rus tennisçinin dopinqdən istifadə etdiyi aşkarlandıqdan sonra bir çox nəhəng idman şirkətləri onunla sponsorluq müqavilələrini saxlamışdılar. Geri dön |