Ana Sayfa > Özəl > Rəna Bayramova:Xalqımız tarixi Zəfərin sevincini və qürurunu yaşayır
Rəna Bayramova:Xalqımız tarixi Zəfərin sevincini və qürurunu yaşayır2-11-2022, 11:01. Yazar: sevinc1 |
Tarixi qələbəmizdən iki il ötsə də müharibənin unudulmaz 44 günü yaddaşımıza əbədi həkk olunub. Xalqımızın mənfur düşmənin hərbi təxribatlarına cavab olaraq başladığı haqq savaşının ilk günündə Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları demişdir: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq”. 44 gün davam edən Vətən müharibəsində Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir olan güclü ordusu var. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Vətən müharibəsində uğurlu əməliyyatları dünya hərb tarixinə düşərək bu gün dərindən öyrənilir, tədqiq edilir. Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etmək bacarığı, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman, necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olması idi. Məhz, bunun nəticəsində Şanlı Ordumuz 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək parlaq Qələbə qazandı. İndi tam əminliklə söyləyə bilərik ki, bu Qələbə xalqımızın birliyi və Möhtərəm Prezidentimizə olan dərin inamı, əsgər və zabitlərimizin qəhrəmanlığı, igidliyi nəticəsində gerçəkləşdirdi. Bu Zəfərdən sonra Azərbaycan dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi. “Dəmir yumruq” əməliyyatına rəhbərlik edən Azərbaycan Prezidenti həm də diplomatiya cəbhəsində, siyasət meydanında, informasiya savaşında “dəmir məntiqi” ilə döyüşərək xalqa müraciətləri, dünyanın aparıcı medialarına çoxsaylı müsahibələri ilə müharibənin gedişinə güclü təsir etdi, Zəfər müjdələri ilə xalqımızda və ordumuzda vətənpərvərlik ruhunu daha da yüksəltdi. Eyni zamanda, tarix boyu ölkəmizə qarşı torpaq iddialarından əl çəkməyən Ermənistanın yalan üzərində qurulmuş ideologiyasını, təbliğatını məhv etdi. Müzəffər Ali Baş Komandanımız Qarabağı və digər ərazilərimizi azad etməklə doğma ocaqlarına qayıdacaqları günü 30 il səbirsizliklə gözləyən soydaşlarımızın yurd həsrətinə son qoymaqla yanaşı, bölgədə davamlı sülhə, sabitliyə və əməkdaşlığa nail olmaq üçün yeni reallıqlar, imkanlar yaratdı. Vətən müharibəsinin başladığı andan Azərbaycan xalqının yanında olan qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının, yüksək səviyyəli rəsmi şəxslərinin ölkəmizə mənəvi və siyasi dəstəyini xüsusi qeyd etməliyik. Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşamaqla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq - bərpa işlərinin şahidi olur. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri qoyulur. Tarixi Zəfərdən sonra ölkəmizdə hər bir sahədə müsbət irəliləyişlərə nail olunması bir daha deməyə əsas verir ki, Azərbaycanda dayanıqlı inkişaf uğurla təmin edilib. Atılan bütün addımlar Azərbaycanın inkişafına, xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Ölkəmiz nəinki regionda, dünya miqyasında bütün göstəricilərinə görə seçilən ölkələrdən biridir və dünyada Azərbaycana olan maraq günü - gündən artır.Mövcud Azərbaycan reallıqları buna böyük zəmin yaradır. Rəna Bayramova, YAP Qazax rayon təşkilatı Daş Salahlı ərazi partiya təşkilatının sədri aia.az Geri dön |