Ana Sayfa > Özəl > CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN SOÇİ SƏFƏRİ

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN SOÇİ SƏFƏRİ


2-11-2022, 09:07. Yazar: sevinc1
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN SOÇİ SƏFƏRİ

Oktyabrın 31-də Soçidə Azərbaycan Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin görüşü və üçtərəfli bəyanatın imzalanması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini daha da sürətləndirəcək
Əlbəttə, sülh prosesini ehtiva edən və milli maraqlarımızı hədəfə almayan istənilən platforma Bakı tərəfindən dəstəklənir, bu mənada cənab İlham Əliyevin son dövrlər Paşinyanla artan təmasları da Azərbaycanın sülh niyyətində səmimiliyini göstərir.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin bağlnması üçün 5 prinsip təklif edib: “Prezident İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə ikitərəfli görüşdə bu məsələni bir daha xatırladıb: “Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”.  Müsbət haldır ki, Rusiya Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın irəli sürdüyü bu beş əsas prinsipi dəstəkləyir. Çünki Rusiya Prezidentnin münasibtlərin normallaşdırlması istiqamətində “Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir” deməsi buna əsas verir”.
Nəticədə dünən, Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə Bəyanatı da məhz Bakının iradə ifadəsinə əsaslandı. İlk növbədə, hər hansı "status" məsələsindən söhbət belə getmədən, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduqlarını təsdiq etdilər. Aydındır ki, Azərbaycan Prezidenti dəfələrlə həm Rusiyanın, həm də Avropa İttifaqının moderatorluğu ilə reallaşan təmaslarda məhz bu məsələni önə çəkərək razılaşmalara əməl edilməsinin vacibliyinı əsas gətirib, İrəvandan öhdəliklərə əməl olunmasını tələb edirdi. Sirr deyil ki, 10 noyabr bəyanatında əks olunan öhdəliklərin bu günə qədər icra olunmamasına görə Ermənistan, İrəvanın davranışına hərəkətsizlik nümayiş etdirdiyinə görə isə Rusiya məsuliyyət daşıyır. Son Soçi bəyanatı ilə əslində Rusiya və Ermənistan cənab İlham Əliyevin tələblərində nə qədər haqlı olduğunu etiraf etmiş oldular.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü

Geri dön