Ana Sayfa > İqtisadiyyat > Ümumilikdə 313 km kollektor-drenaj şəbəkəsi lildən təmizlənib.

Ümumilikdə 313 km kollektor-drenaj şəbəkəsi lildən təmizlənib.


2-11-2022, 09:03. Yazar: sevinc1
Ümumilikdə 313 km kollektor-drenaj şəbəkəsi lildən təmizlənib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AİA.Az-a bildirib ki, Baş Şirvan Kollektorunun İstismarı İdarəsi ölkənin 7 rayonunda ümumilikdə 253000 ha torpaq sahəsinə 2399 km kollektor-drenaj şəbəkəsi vasitəsilə xidmət edir. Bu şəbəkədən 843 km-i təsərrüfatlar arası, 1556 km-i təsərrüfat daxili kollektor, o cümlədən 775 km açıq, 781 km-i isə qapalı şəbəkədir. İdarənin balansında 2898 ədəd qurğular mövcuddur ki, həmin qurğulardan 932 ədədi körpü keçidlər, 3 ədədi hidrometirik postlardır. İdarə tərəfindən balansda olan kollektorların təmiri də diqqətdə saxlanılır. Hazırda Sabirabad rayonu Quruzma kəndi ərazisindən keçən K-2 kollektorunda bu işlərə başlanılıb.
Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin balansında olan maşın mexanizimlər tərəfindən mütamadi olaraq kollektor drenaj şəbəkəsində lildən təmizlənmə işləri aparılır. Kollektorlar lildən təmizlənərək qrunt sularını maneəsiz olaraq ərazidən kənarlaşdırır. 2022-ci ilin əvvəlindən bu günə qədər 313 km uzunluqda lildən təmizlənmə işləri həyata keçirilib. İdarənin balansında 11 ədəd nasos stansiyalar mövcuddur ki, hazırda ərazilərin şoranlaşmasının qarşısının alınması və yenidən əkinə qaytarılması üçün bütün nasos stansiyalar tam gücü ilə fəaliyyət göstərir. İdarənin xidməti etdiyi rayonlarda ilin əvvəlindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq cari təmir işləri davam edir.
Qeyd edək ki, Baş Şirvan Kollektorunun İstismarı İdarəsi respublikanın yeddi rayonunda Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarında kollektor-drenaj şəbəkəsinə xidmət edir.
Geri dön