Ana Sayfa > Karusel / Ölkə > Ordumuzun hərbçisi qazdan boğularaq öldü

Ordumuzun hərbçisi qazdan boğularaq öldü


1-11-2022, 16:28. Yazar: sevinc1
Ordumuzun hərbçisi qazdan boğularaq öldü

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

aia.az xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Əldə etdiyimiz xəbərə görə, Seymur Yusifli hərbi qulluqçu olub.

aia.az
Geri dön