Ana Sayfa > Özəl > AMEA-nın əməkdaşları beynəlxaq “Vikidata-2022 İstanbul” konfransında iştirak ediblər
AMEA-nın əməkdaşları beynəlxaq “Vikidata-2022 İstanbul” konfransında iştirak ediblər1-11-2022, 13:15. Yazar: sevinc1 |
AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin əməkdaşları - Rövşən Məmmədli, Xəyalə Məmmədli, Nuray Tanrıverdiyeva, Rəcəb Həsənbəyli Rəqəmsal İnformasiya Assosiasiyası və Türk Dilləri Vikimedia Qrupu tərəfindən təşkil edilən “Vikidata-2022 İstanbul” konfransında iştirak ediblər. Rusiyanın Başqırdıstan, Saxa, Tatarıstan muxtar respublikalarından, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, İran, Hindistan və Türkiyədən olan türk vikipediyaçıların iştirak etdikləri konfransda MEK əməkdaşları Azərbaycandan 11 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində ölkəmizi təmsil ediblər. İstanbuldakı Üsküdar Universitetində üç gün davam edən tədbirdə vikiverilənlərin önəmi, işlədilən kodlaşdırılmalar haqqında geniş məlumat verilib. Konfrans müddəti MEK əməkdaşları “Vikipediya” və “Vikidata” sahəsində görüləcək işlər barədə, xüsusilə Türk dünyası-Azərbaycan əməkdaşlığı ilə bağlı “Vikipediya”da yaratdıqları geniş həcmli məqalələr haqqında məlumat veriblər. Onu da qeyd edək ki, iştirakçılar Türkiyə tərəfindən müsabiqə yolu ilə seçilib. Seçim zamanı son illər Azərbaycan və Türk xalqları "Vikipediya"sında aktiv olan istifadəçilərə üstünlük verilib. Konfransda MEK ilə türk ölkələri təşkilatları, Vikimedia Topluluğu Türk Dilləri İstifadəçi Qrupu arasında qarşılıqlı əməkdaşlığın təməli qoyulub. Elman Hüseynov aia.az Geri dön |