Ana Sayfa > Özəl > Qətər Avropaya qaz ixracını dayandıra bilər

Qətər Avropaya qaz ixracını dayandıra bilər


1-11-2022, 12:28. Yazar: sevinc1
Qətər Avropaya qaz ixracını dayandıra bilər

Avropa İtiffaqı ölkələri Rusiya yanacağının qiymətlərinə məhdudiyyət qoyarsa, Qətər Avropaya qaz ixracını dayandıra bilər. Bu barədə ölkənin enreji naziri Saad Əl-Kaabi "Blomberg tv"-yə müsahibəsində bəyan edib.

"Bazara müdaxilə rəqabət qaydalarını pozur və qaz istehsalına qoyulan investisiyaları təhlükə altına salır. Azad bazar, ən yaxşı qərardır"- deyə nazir bildirib.

"Qətər hər şeyin daimi olmadığı ilə razılaşır və eyni zamanda bildirir ki, yataqlar bizimdir və onlarla istədiyimiz kimi rəftar etmək hüququmuz var. Biz hələ ki, bağladığımız müqavilələrlə bağlı öhtəliyimizi yerinə yetiririk, lakin istədiyimiz vaxt bunu dayandırmağa hazırlq"- deyə Əl-Kaabi qeyd edib.

Nazir bununla yanaşı yeni müqavilələrin bağlana biləcəyini də bildirib. "Müqavilələrin yenilənməsinin əleyhinə deyilik və 10-15 illik müqavilələrin bağlanmasını istərdik. Uzun müddətli müqavilələr, təhlükəsiz təminatın qarantıdır"- deyə Qətərin enerji naziri fikirini yekunlaşdırıb.

aia.az
Tərcümə şöbəsi

Geri dön