Ana Sayfa > Ölkə > Bakıda poçtdan pul və lotereya biletləri oğurlandı

Bakıda poçtdan pul və lotereya biletləri oğurlandı


31-10-2022, 12:18. Yazar: sevinc1
Bakıda poçtdan pul və lotereya biletləri oğurlandı

Bakıda poçtdan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki poçtların birindən 1040 manat pul və 2600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Knyazov müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.


aia.az
Geri dön