Ana Sayfa > Özəl > ERMƏNİ “LƏYAQƏTİ” yoxsa, “ MÖHTƏŞƏM ƏCLAFLIQ YARMARKASI”
ERMƏNİ “LƏYAQƏTİ” yoxsa, “ MÖHTƏŞƏM ƏCLAFLIQ YARMARKASI”31-10-2022, 10:49. Yazar: sevinc1 |
[ Özlərini bəşəriyyətin sivil və qədim xalqlarından biri hesab edən, uydurma tarixlə fəxr də-edə özləri də bu uydurmalara və yalanlara aludə olan ermənilərin ullər öncə rusların sayəsində qazandıqları qələbəinin eyforiyasından ayılaraq dünyanın gedişatına üsyan etmə sindromu başlayıb. Əslində hamının yaxşı tanıdığı bu toplum imkan düşən kimi öz xislətini nümayiş etdirməkdən heç vaxt çəkinməmişdir. Çünki böyük güclərə və regional oyunçulara belə toplumların varlığı sərf edir. İstənilən vaxt onlar oyuna qoşulur, qızışdırılır, sonra isə kənara atılırlar. Ermənilərin taleyinə də tarix belə amansız xüsusiyyət bəxş etmişdir. Keçək mətləbə. İndiyə qədər Azərbaycanla sülh prosesində Paris, Vaşinqton platformasına üstünlük verən Ermənistan sülh sazişinə bu qədər yaxın ikən birdən-birə mövqeyini dəyişdi. Səbəb? Rusiya Prezidenti Vladimir Putinin “Valday” görüşündə yarı hədə, yarı şirnikləndirici vədi erməniləri yüz səksən dərəcə geri dönməyə şirnikləndirdi. Halbuki sülh danışıqlarına Rusiyanın moderatorluğundan həvəslə imtina edən Ermənistan bu yaxınlara qədər Qərbin qucağında xumarlanırdı. Və bu xumarlanmaqdan qəfil oyanmanın səbəbi də yuxarıda qeyd etdiyim amil oldu. Buna qədər Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul edib. Dördtərəfli görüş nəticəsində əldə olunan razılığa imzasını atan da elə Paşinyandır. Lakin bu erməni xislətini dəyişdirmir. Soçi görüşü ərəfəsində birdən-birə dil açan, heç bir dəhliz olmayacaq deyən Nikol Xankəndidəki separatçılarla eyni mövqe nümayiş etdirir,lakin elə görüntü yaradılır ki guya Qarabağ erməniləri onun siyasətinə etiraz edirıər. Hadisələrin gedişi onu deməyə əsas verir ki, xankəndidə düzənlənən mitinqin təşkilatçısı da Ermənistan hakimiyyətidir. Bir günün içərisində geosiyasi vektorları dəyişdirmək həvəsinə düşən erməni baş nazir və komandası Rusiyanın himayəsinə keçməyi məmnuniyyətlə ifadə etmiş olur. Bu da onu göstərir ki Ermənistan hakimiyyəti Xankəndində təşkil edilən mitinqin arxasında özü durur. Bütün Qarabağda 25 min əhali olmasına baxmayaraq mitinqdə 40 min nəfərin peyda olması da bunun əyani sübutudur. Yenə də Qarabağdakı erməni toplumunun taleyini kənardan həll etmək cəhdi özünü göstərir. Yəni bu insanlara papaqlarını qarşılarına qoyub düşünmək haqqı verilmir. İmkan verilmir ki bu toplum seçimini etsin, ya Azərbaycan vətəndaşlığını qəbul edib adam kimi yaşasınlar, ya da istədikləri dövləti seçib gedib yaşasınlar. Onun-bunun əlində oyuncağa çevrilən, Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda mövqeləri zəifləyən Rusiyanın bu dəfəki “yağlı tikə”sinə yalmanan ermənilər sonra da ləyaqətdən dəm vururlar. Separatçı rejimin qondarma naziri David Balasanyan beynəlxalq birliyin yekdil mövqeyinə qarşı açıq şəkildə əks çıxaraq "Artsaxı müdafiə etmək iqtidarındayıq, Artsaxı Azərbaycanın bir hissəsi kimi tanıyan istənilən sənədi rədd edəcəyik" kimi avantürist bəyanatla çıxış edir. Bütün bu hadisələr fonunda Balasanyanın ləyaqətdən danışması, olmayan qəhrəmanlıq tarixindən söz açması ləyəqtsizliyin və ikiüzlülüyün bariz nümunəsi deyilmi? Bu erməni ləyaqətsizliyinə ən yaxşı qiyməti də elə erməni ekspert Karen Sarqsyan verir . xankəndində düzənlənən mitinqdə şəkillər paylaşan bu erməni eksperti baş verənləri “Möhtəşəm əclaflıq yarmarkası”adlandırır. Şəmsi Qoca Geri dön |