Ana Sayfa > Cəmiyyət > Bakıda ər arvadını bıçaqladı

Bakıda ər arvadını bıçaqladı


8-06-2016, 14:59. Yazar: admin



Bakıda bıçaqlanma hadisəsi baş verib.

Aia.az report-a istinadən bildirir ki, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 1976-cı il təvəllüdlü Seymur Soltanov arvadı, 1978-ci il təvəllüdlü Cəmilə Soltanovaya bıçaqla xəsarət yetirib.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. S.Soltanov könüllü olaraq polisə gəlib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Geri dön