Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda 24 nəfəri ilan vurdu

Azərbaycanda 24 nəfəri ilan vurdu


8-06-2016, 14:58. Yazar: admin


"Son 5 ayda Azərbaycanda 6 əqrəb sancma hadisəsi baş verib. Onlardan ikisi qadın olub".

Aia.az anspress-ə istinadən bildirir ki, bunu Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

İlan sancma ilə bağlı son 5 ayda 24 nəfər qəbul edilib. Onlardan dördünün vəziyyəti ağır olub. Onun sözlərinə görə, bütün xəstəxanalar vaksinlər, tibb avadanlıqları ilə təmin edilib. Baş toksikoloq ilan sancma mövsümünə aprel ayından başladığını deyib. Daha çox müraciət edənlər isə Bakıətrafı kəndlərdə olanlardır. Daha dəqiq - fəhlələr, daş karxanalarında çalışanlar. Rayonlar arasında isə Şamaxı, Ağsu, Qəbələ, Şəmkir və cənub bölgəsi üstünlük təşkil edir.

A.Maqsudov qida zəhərlənməsi ilə bağlı ilin ilk 5 ayı ərzində 60 nəfərin müraciət etdiyini qeyd edib. Onlardan 35-i yüngül, geridə qalanlar isə orta ağır vəziyyətdə olublar.

Ötən il 2462 xəstə toksikologiya şöbəsinə yerləşdirilib. Bu isə 2014-cü illə müqayisədə 27 nəfər çox olub. Məişət zəhərlənmələri 1432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr isə 1030 nəfər təşkil edib. Dərman zəhərlənməsi diaqnozu ilə qəbul edilənlərin sayı isə 823 nəfər olub. "Daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aid olublar. 15 yaşına kimi uşaqların sayı 419 nəfər olub".
Geri dön