Ana Sayfa > Ölkə > Gədəbəydə Şəhid Hüseynov Rafiz Afiq oğlunun məzarı ziyarət olunub

Gədəbəydə Şəhid Hüseynov Rafiz Afiq oğlunun məzarı ziyarət olunub


30-10-2022, 13:40. Yazar: sevinc1
Gədəbəydə Şəhid Hüseynov Rafiz Afiq oğlunun məzarı ziyarət olunub

AİA.Az xəbər verir ki, bu gün-​ 30.10.2022-ci il tarixdə ​ 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Şahdağ kənd sakini Hüseynov Rafiz Afiq oğlunun ikinci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşı, Gədəbəy rayon İH Başçısı aparatının məsul​ işçiləri və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.​

​ ​ ​ Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

​ Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Geri dön