Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan dayanıqlı sülhün tərəfdarıdır
Azərbaycan dayanıqlı sülhün tərəfdarıdır30-10-2022, 10:10. Yazar: sevinc1 |
![]() Azərbaycan dövləti dipıomatik əlaqələri müasir dövrün tələbləri ilə dostluq, qarşılıqlı əməkdaşlıq prinsipıəri üzərində qurub. İstər qərb dövlətləri, istərsə də avropa ilə yaradılan diplomatik əlaqələr ölkəmizin nüfuzunu bəlli dairələrdə, bütövlükdə dünyada artırır. Artıq Azərbaycan beynəlxalq aləmdə diktə edən dövlət kimi tanınır. Avrasiya məkanında, xüsusən də Qafqazda sülhün bərqərar olması üçün dövlətimiz bütün imkanlardan istifadə edir.Həmçinin qonşu dövlətlərlə sıx əməkdaşlıq, tərəfdaşlıq prizmasından qurulan əlaqələrə, imzalanan sənədlərə yanaşılır. Bu mənada qonşu Gürcüstanla hər zaman isti qonşuluq münasibətlərinin davam etdirilməsi üçün dövlətimiz üzərinə düşən bütün mümkün imkanları səfərbər edib və buna nail olunub. Prezident İlham Əliyev 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda ölkələrimiz arasındakı sıx, qonşuluq əlaqələrinə toxunaraq bildirdi ki, Qarabag münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Azərbaycanın niyyəti bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır. Ölkə Prezidentinin bəyanatından Azərbaycanın mövqeyi aydın bilinir. Bu da aydın okur ki, qonşu Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə sülhün, əminamanlıgın tərəfdarıdır. Dayanıqlı sülhün əldə olunması üçün dövlətimiz üzərinə düşən bütün vəzifələri düzgün və dəqiq icra edir. Nəzərə alsaq ki,ermənistan tarixə qəsbkar, vandal bir dövlət kimi düşüb,Azərbaycanın sülhün naminə hansı konstruktiv addımlar atması, necə mövqe nümayiş etdirməsi aydın görünür. İlqar İlyasov YAP Laçın rayon təşkilatının sədri Geri dön |