Ana Sayfa > Seçki 2024 > Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Azərbaycan-Türkiyə birliyi görünür

Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Azərbaycan-Türkiyə birliyi görünür


30-10-2022, 09:51. Yazar: sevinc1
Bu  gün  bərpa edilən Qarabağda  və  Zəngəzurda yenə də Azərbaycan-Türkiyə birliyi görünür

Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: ”Bu günkü gün Qarabağ və Şərqi Zəngəzur üçün önəmli gündür.”
Qardaş Türkiyənin Azərbaycana mənəvi dəstəyi savaşın son gününə qədər davam edib. Sözsüz ki, bu Azərbaycan xalqına əlavə güc verdi və bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qarşısını aldı. Bir daha Türkiyə Azərbaycan birliyi zəfər çaldı. Bu gün biz yenədə bərpa edilən Qarabağda Zəngəzurda Türkiyə - Azərbaycan birliyini görürük .
Azərbaycan azad edilmiş ərazilərində intrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər davam edir. Artıq 30 ildən sonar məcburi köçkünlər öz doğma evlərinə qayıda biləcəklər. Prezidentimiz bu böyük layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
Cənab Prezident çıxışında Türkiyə Prezidentinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava limanının açılışını əlamətdar hadisə olduğunu bildirmişdi. Bu Hava limanının açılışı orada yeni iqtisadi layihələrin həyata keçirilməsinə, eyni zamanda dünyanın digər ölkələri ilə əlaqələrin güclənməsinə, regiona turist marağının artmasına səbəb olacaqdır.
Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusilə fərəhlidir.

2020-ci ildə Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilib. Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi, İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır.

Torpaqlarımız azad edildikdən sonra Prezidentimiz Cənab İlham Əliyev dəfələrlə azad olunan ərazilərdə olub. Məhz Prezidentimizin rəhbərliyi ilə başlanan tikinti quruculuq işləri, infrastruktiur layihələr uğurla davam edir. Bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə - Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa – quruculuq işləri aparılır.
Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək.

Bəyanatda dövlətimizin başçısı bildirib ki, İşğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə - yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Lakin görülən işlər düşmənin bütün niyyətlərini boşa çıxartdı. Bizim torpaqlarımızı zəbt eləsələr də tarixi ədalət bərpa olundu. Yurdumuzun ərazi bütövlüyü bərpa olundu.

Bəli, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Bunu özləri də ürəkdən istəyirlər. 30 ilə yaxın olan həsrət sona çatacaqdır. Öz sakinlərini qoynuna almağa həsrət qalan bütün torpaqlarımızda yenidən həyat başlayacaq, bayramlar, şənlikər keçiriləcəkdir. Məktəblərimiz, bağçalarımız istifadəyə veriləcək, idarə və müəssislər fəaliyyətə başlayacaqdır. Bu xalqımızın arzusu xəyaldan gerçəyə çevriləcəkdir.

İlbəil güclənən dövlətimizin işıqlı sabahı nurlanacaqdır. Vətən çəkir və hamımız qayıdacağıq . Prezidentimizin dediyi kimi, Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə - gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.

Bu gün Türkiyə - Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə - Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur.

Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə - Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.

Azərbaycanın yeni əsrdə qalib dövlət kimi dünyada özünə layiq yer tutması düşmənlərimizi kədərləndirsə də dostlarımız dövlətimizin yanındadr. Əmin olmalıyıq ki, Prezidentmizin qətiyyəti bu nkişafı daha da çoxaldacaq, xalqımız fərəhli günlər yaşayacaqdır.

28 illik işğal dövründə ermənilər bizim bu ərazilərdəki bütün şəhərlərimizi, kəndlərimizi yerlə yeksan etmişlər. Əsas məqsəd ondan ibarət olub ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar. Hazırda isə bu ərazilərdə geniş miqyaslı tikinti – quruculuq işləri görülür. Evlər sosial obyektlər tikilir, yollar salınır. Sözsüz ki , bu işlərin görülməsində türk qardaşlarımız bizimlə bir yerdədirlər.
Türkiyə Prezidentinin Zəngilan hava limanının açılışında iştirak etməsinin əhəmiyyəti çox böyükdür. Azərbaycan – Türkiyə dostluğu təkcə iqtisadi baxımdan deyil, həm də mənəvi baxımdan birlik nümunəsidir.
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olunmasına mühüm töhfələr verir.

Keçən ilin iyun ayında bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi ilə iki dövlət arasında müttəfiqlik münasibətləri keyfiyyətcə yeni, daha yüksək səviyyəyə yüksəlib. Çox doğru olaraq bu sənəd qardaş ölkələr arasında münasibətlərin perspektivləri üçün yol xəritəsi kimi dəyərləndirilir. Möhkəm zəmin üzərində qurulan gələcək əməkdaşlıq beynəlxalq müstəvidə fəaliyyətlərin uzlaşdırılmasını, siyasi, iqtisadi-ticarət, humanitar - mədəni əlaqələrinin möhkəmləndirilməsini, ümumiyyətlə həyatın bütün sahələrini əhatə edəcək. Bəyanatda müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb. Bu, indiki geosiyasi reallıqlar fonunda müstəsna önəm daşıyır. Azərbaycan və Türkiyə dünyaya bəyan ediblər ki, bundan sonra da hər zaman bir yerdə olacaqlar və bir-birinin təhlükəsizliyinin təmin olunmasında yer alacaqlar.

30 il əsarətdə qalmış torpaqlarımız iki ildir çiçəklənmə dövrünə qədəm qoyub. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərini heç bir xarici maliyyə dəstəyi olmadan yenidən qurur və bərpa edir. İcra olunan meqalayihələrin çərçivəsi çox genişdir. 2021-ci ildə Füzulidə Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, qısa zaman kəsiyində Zəfər yolunun tikilməsi və hazırda işğaldan azad olunmuş ərazilərdə salınan yüksək standartlara uyğun avtomobil, dəmir yolları, yaradılan enerji infrastrukturu regionun gələcəyinin necə olacağı ilə bağlı qabaqcadan təsəvvür formalaşdırmağa imkan verir.

Qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda böyük miqyasda bərpa və quruculuq işlərinin həyata keçirilməsi bir daha Azərbaycan dövlətinin qətiyyətinin, iradəsinin və qüdrətinin nümayişidir

Dövlət başçımız Türkiyə - Azərbaycan qardaşlığını yüksək qiymətləndirərək demişdir: Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu bizim üçün böyük xoşbəxtlikdir. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır və belədə davam edəcək.

Ədalət Qurbanova,
Muxax 1 №li tam orta məktəbin direktoru


Geri dön