Ana Sayfa > Parlament > “GAN” ictimai birliyi narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə təlim təşkil edib
“GAN” ictimai birliyi narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə təlim təşkil edib29-10-2022, 19:08. Yazar: sevinc1 |
AİA.Az xəbər verir ki, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu təlim keçirib Təlimdə giriş sözü ilə açan “Gənclərin Anti-Narkomaniya” ictimai birliyindən Büllur Məmmədova bildirdi ki, görüşün əsas məqsədi Azərbaycan gənclərini bu sahədə daha məlumatlandırmaq, onlara bu bəla ilə daha fəal mübarizə aparmaq üçün əlavə motivasiya vermək və bu istiqamətdə görülən işlərə yeni gəncləri cəlb etməkdir. “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib. Təlimdə İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır. Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” bukletlər “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılara təqdim edilmişdir. Geri dön |