Ana Sayfa > Ölkə > Şəhidin məzarı ziyarət edildi

Şəhidin məzarı ziyarət edildi


28-10-2022, 17:51. Yazar: sevinc1
Şəhidin məzarı ziyarət edildi

Bu gün-28.10.2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Qoşabulaq kənd sakini Quliyev Nofəl İlham oğlunun ikinci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri, Gədəbəy rayon İH Başçısı aparatının məsul işçiləri və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.

aia.az xəbər verir ki, Şəhidin valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

aia.az
Geri dön