Ana Sayfa > Dünya > Pelosinin evinə hücum edib ərini döydülər
Pelosinin evinə hücum edib ərini döydülər28-10-2022, 17:35. Yazar: sevinc1 |
Cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə hücum olub. Nensi Pelosinin rəsmi saytında bildirilib ki, onun əri Pola hücum edilib. “Bu gün səhər tezdən Pelosinin San-Fransiskodakı iqamətgahına cinayətkar soxulub və cənab Pelosiyə vəhşicəsinə hücum edib”, - bəyanatda deyilir. Hücum edənin həbs olunduğu bildirilir. Həmin an Nümayəndələr Palatasının sədri evdə olmayıb. aia.az Geri dön |