Ana Sayfa > Ölkə > Nazir Emin Piriyə vəzifə verdi

Nazir Emin Piriyə vəzifə verdi


28-10-2022, 17:24. Yazar: sevinc1
Nazir Emin Piriyə vəzifə verdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən müharibəsi iştirakçısı Emin Piriyə vəzifə verib.

aia.az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında yazıb.

E.Piri bildirib ki, fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyində davam etdirəcək.

"Müharibəki xidmətimizin davamını Sosial Xidmətlər Agentliyində şəhid ailələrinə və müharibə əlillərinə xidmət etməklə davam etdirəcəyik. Mənim üçün məsuliyyətli olduğu qədər də doğma işdir. Çünki onları özümdən, ailəmdən bilirəm", - deyə Emin Piri qeyd edib.

Qeyd edək ki, Emin Piri ehtiyatda olan zabitdir.

aia.az
Geri dön