Ana Sayfa > Media > İki öklə arasında strateji tərəfdaşlıq bütün region üçün nümunədir.
İki öklə arasında strateji tərəfdaşlıq bütün region üçün nümunədir.28-10-2022, 11:25. Yazar: sevinc1 |
Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər bu gün ən yüksək səviyyədədir. İki öklə arasında strateji tərəfdaşlıq bütün region üçün nümunədir. Cənubi Qafqaz indiki və gələcək inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edən bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün tərəflərdə böyük siyasi iradə və istək var. Bu reallıqlardan çıxış edərək, hər iki ölkənin bundan sonra da bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcəyi və daha böyük uğurlar qazanacağı şübhə doğurmur. Qeyd edək ki, Azərbaycan və gürcü xalqları tarix boyu dostluq və sülh şəraitində yaşayıblar. Bu gün iki ölkə arasında münasibətlər strateji tərəfdaşlığa çevrilib. Bundan başqa, Azərbaycan və Gürcüstan arasında birgə meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. İki ölkə arasında Cənub Qaz Dəhlizi və Trans−Adriatik Qaz Kəməri layihələri çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Gürcüstanla əlaqələrin inkişafını diqqət mərkəzində saxlayır. Ölkələr ticarət, nəqliyyat, enerji, istehsal və logistika sahələrində fəal əməkdaşlıq edirlər. Bununla yanaşı, hər iki ölkə strateji tərəfdaşdır, həm ikitərəfli formatda, həm də beynəlxalq layihələr çərçivəsində fəal əməkdaşlıq edirlər. Xüsusilə bütün region üçün strateji əhəmiyyət kəsb edən layihələrə Bakı−Tbilisi−Qars dəmir yolu, Bakı−Tbilisi−Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi daxildir. Bu gün Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşından biridir. Yeri Gəlmişkən, onuda qeyd etməliyik ki, Azərbaycan–Gürcüstan iqtisadi əlaqələri də sürətlə inkişaf edir. Belə ki, cari ilin 9 ayında ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb. Bundan başqa, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb. Gürcüstana işgüzar səfəri çərçivəsində mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir: “Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazirin də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir”. Ölkə başçımız diqqətə çatdırıb ki, yeni layihələr haqqında düşünürük və dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Prezident İlham Əliyev bu il 22 milyard kubmetr ixracın olacağını da açıqlayıb və gələn il bunun daha da artacağını deyib. Əlavə olaraq, iki ölkə arasında mədəni-humanitar sahədə tarixən və bu gün çox sıx və inteqrativ əlaqələr qurulub. Turizmdən tutmuş, digər mədəni mübadilələrə qədər müxtəlif sahələrdə əlaqələr sistemi də mövcuddur. İki qonşu ölkə istər beynəlxalq, istərsə də regional təşkilatlarda həmişə bir-birini dəstəkləyib. Onlar ikitərəfli və üçtərəfli diplomatik formatda regional əməkdaşlıq üçün yeni platforma yaratmağa nail olublar. İndi yeni bir regional əməkdaşlıq formatı da yaradıla bilər. Rəsmi Tbilisi 44 günlük Vətən müharibəsindən sonra regionada yaranmış yeni reallıqlar fonunda Ermənistanla Azərbaycan arasında münaqişənin həllində vasitəçilik etməyə hazır olduğunu bildirib. Gürcüstan Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin dayandırılmasında son dərəcə maraqlı olduğunu açıqlayıb və vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğulayıb. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, regionda davamlı və etibarlı sülhün əldə olunmasına kömək edəcək konstruktiv müzakirə platformalarında iştirak etməyə hazırdır. Gürcüstana işgüzar səfərə gedən Prezident İlham Əliyev bildirib ki, əgər Ermənistan tərəfi buna hazırdırsa, Azərbaycan da hazırdır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda “dəyirmi masa”da Cənubi Qafqazda regional əməkdaşlığın əhəmiyyəti haqqında münasibət açıqlamışdı. Dövlət başçımız Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün Azərbaycan−Gürcüstan−Ermənistan, yəni üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini bəyan etmişdi. Prezident İlham Əliyev həmçinin vurğulamışdı ki, həmin format çərçivəsində enerji, rabitə və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə oluna bilər. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də bəyanatında rəsmi Tbilisinin məsələyə münasibətini bir daha açıqladı və bildirdi ki, Azərbaycan və Ermənistan arasında olan təmaslar zamanı iki ölkə arasında sülh prosesi nəzərdən keçirildi: “Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik”. Bir sözlə, Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfərin inkişafda olan Azərbaycan−Gürcüstan münasibətlərinin dinamikasına müsbət təsir göstərəcəyi şübhəsizdir. Ölkə başçısının sözlərinə görə, hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə vahid cəbhədən hərəkət edərək, yəni bir nöqtəyə vuraraq, öz milli maraqlarını təmin edəcəklər. Buna görə də, nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan−Gürcüstan əlaqələri, qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan münasibətlər hər iki ölkənin uğurlu və sabit inkişafının qarantına çevrilib və bu reallıq iki dövlət arasında münasibətlərin xarakterinə öz müsbət təsirini göstərir. Gülnarə Həsənova, YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd ərazi partiya təşkilatının sədr müavin Geri dön |