Ana Sayfa > Ölkə > Gədəbəy rayonunda Şəhid məzarı ziyarət edilib

Gədəbəy rayonunda Şəhid məzarı ziyarət edilib


28-10-2022, 09:49. Yazar: sevinc1
Gədəbəy rayonunda Şəhid məzarı ziyarət edilib

AİA.Az xəbər verir ki, 27.10.2022-ci il tarixdə ​ 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Çalburun kənd sakinləri Müzəffərli Kənan Azər oğlu,Mustafayev Elvin Qiyas oğlu və Çanaqçı kənd sakini ​ Məmmədov ​ Yasin İman oğlunun ikinci ildönümləri münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri və əməkdaşları, Gədəbəy rayon İH Başçısı aparatının məsul​ işçiləri və kənd camaatının iştirakı ilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi.​

​ ​ ​ Şəhidlərin valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

​ Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!


Geri dön