Ana Sayfa > Gündəm > İşgaldan azad olunmuş ərazilərdə görülən möhtəşəm işlər dünya ictimaiyyətinin diqqət mərkəzindədir
İşgaldan azad olunmuş ərazilərdə görülən möhtəşəm işlər dünya ictimaiyyətinin diqqət mərkəzindədir28-10-2022, 09:26. Yazar: sevinc1 |
İşgaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Artıq bu ərazilər tikinti meydançasını xatırladır. Bildirmək lazımdır ki, bu işlərin həmçinin xüsusu geosiyasi- iqtisadi əhəmiyyəti vardır. Cənab Prezident İlham Əliyev 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda bildirdi ki, Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Qısa müddətə görülən möhtəşəm işlər dünya ictimsiyyətinin diqqət mərkəzindədir. Cənab Prezident Türkiyənin iri şirkətlərinin azad olunmuş ərazilərdə bərpa, inşaat işlərində yaxından iştirakını yüksək dəyərləndirərək vurguladı ki, Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır. Ölkə rəhbəri körpü, yol infrastruktruna da xüsusi diqqət yetirərək qeyd etdi ki, - İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik. Göründüyü kimi bu gün Azərbaycan ən möhtəşəm layihələrə imza atmaqla dünya ictimaiyyətində yeni bir maraq yaradıb. İlqar İlyasov YAP Laçın rayon təşkilatının sədri Geri dön |