Ana Sayfa > Media > QHT Saatlıda tədbir keçirdi
QHT Saatlıda tədbir keçirdi30-09-2022, 13:28. Yazar: sevinc1 |
"Aran Ekoloji Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Regionlarda "Açıq hökumətin təşviqinədair 2020-2022-ci illərüçün Milli Fəaliyyət Planı”nın icrasının insanlara təbliği” layihəsi çərçivəsində Saatlı rayonunda tədbir keçirib. Saatlı Gənclər Mərkəzində baş tutan tədbirdə çıxış edən layihə rəhbəri Nəsrulla Nəsrullayev layihə barəsində iştirakçılara məlumat verib. Bildirib ki, 2 ay ərzində həyata keçirilən layihənin məqsədinin Açıq hökumətin təşviqində ictimai rolun artırılmasından ibarətdir.Açıq Hökumət Tərəfdaşlığının mahiyyəti və Beynəlxalq aləmdə ölkəmiz üçün əhəmiyyətini dinləyicilərin nəzərinə çatdıran layihə rəhbəri geniş izah verdi. Azərbaycan Respublikasının Prezidentinin 04 aprel 2022-ci il tarixli sərəncamıiləKorrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının həyata keçməsi üçün bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradacağına tam əminliyin olduğunu bildirdi. Mövzunu dinləyicilərə ekspert davamlı şəkildə izah etdi. Suallar cavablandırıldı. Qeyd edək ki, tədbirdə Saatlı RİH-nin, yerli Bələdiyyənin, yerli QHT nümayəndələri və KİV-i iştirak etdilər. Tədbir iştirakçılarının sualları cavablandırıldı. aia.az Geri dön |