Ana Sayfa > Gündəm > Qubadlının azad olunması 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu.

Qubadlının azad olunması 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu.


25-10-2022, 13:15. Yazar: sevinc1
Qubadlının azad olunması 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun İşgal olunmuş torpaqlarımızın,o cümlədən Qubadlı rayonunun işgaldan azdad etməsi tarixi hadisədir. Bu şanlı tarix xalqımızın yaddaşında hər zaman qəhrəmanlıq səlnaməsi kimi qalacaq.
Qubadlının azad olunması
- 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.
Bu gün İşgaldan azad olunmuş ərazilərimizdə gedən möhtəşəm quruculuq, bərpa işləri bu ərazilərə yeni bir nəfəs verur. Həmin ərazilərin sakinləri öz qədim ata- baba torpaqlarına qayıdıb, dogma yurdlarında daimi firavan həyata başlatacaqları günün çox yaxında oldugunu bilərək sevinc və qürur hissləri keçirirlər.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Geri dön