Ana Sayfa > Seçki 2024 > Hamilə arvadını öldürüb, 7 yaşlı qızını ölümcül yaraladı -

Hamilə arvadını öldürüb, 7 yaşlı qızını ölümcül yaraladı -


25-10-2022, 13:02. Yazar: sevinc1
Hamilə arvadını öldürüb, 7 yaşlı qızını ölümcül yaraladı -

Oktyabrın 22-nə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanı qətlə yetirən Vüqar Nəmətov hadisə vaxtı 7 yaşlı qızına da ağır xəsarət yetiribmiş.

aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Vüqar Nəmətov hadisə vaxtı dəmir boru ilə həyat yoldaşı ilə birgə 2015-ci il təvəllüdlü qızını da amansızlıqla döyüb. Qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun 7 yaşlı qızı Gülər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlığın vəziyyətinin indi də ağır olduğu bildirilir.

Qeyd edək ki, V.Nəmətov artıq saxlanılıb və onun barəsində cinayət işi açılıb.

aia.az
Geri dön