Ana Sayfa > Ölkə / Özəl > QUBADLI ŞƏHƏRİNİN IŞĞALDAN AZAD EDİLMƏSİNİN 2 İL TAMAM OLUR – ŞƏRH
QUBADLI ŞƏHƏRİNİN IŞĞALDAN AZAD EDİLMƏSİNİN 2 İL TAMAM OLUR – ŞƏRH25-10-2022, 09:51. Yazar: sevinc1 |
Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb. Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı. Qərbdən Ermənistan, şimaldan Laçın və Hadrut, şərqdən Cəbrayıl, cənubdan Zəngilan ilə həmsərhəd olan Qubadlı rayonunun 27 illik erməni işğalından azad edilməsindən tam iki il ötür. Qubadlı rayonu 1993-cü il avqustun 31-də erməni hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində xalqımız Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir. Buna görə də şəhidlərimiz, yaralılarımız və veteranlarımıza və ümumiyyətlə Qələbəmizdə əməyi keçən hər kəsə dərindən minnətdarıq. Qubadlının azad olunması ilə Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirmək üçün möhtəşəm imkan əldə olundu. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı. Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu. Düşmən ehtiyatlarının Qarabağa daşınmasını və düşmən bölmələrinin Qarabağ daxilində manevr etmək imkanı tam məhdudlaşdırıldı. Laçın dəhlizinin bağlanması isə xüsusilə Şuşanın azad edilməsi üçün həyata keçirilən döyüş əməliyyatlarının taleyini əvvəlcədən həll etdi. Düşmənin müqaviməti kifayət qədər ciddi idi. Lakin Laçın yolunun bağlı olduğu halda Ordumuz qarşısında düşmənin uzun müddət tab gətirməyəcəyi əvvəlcədən bəlli oldu. Qubadlı döyüşləri Silahlı Qüvvələrimizin qəsbkar Ermənistan ordusuna qarşı apardığı müharibənin məntiqi sonluğunu bir qədər də yaxınlaşdırdığını deyə bilərik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər. Hərbi hissədə silah-sursata baxdıqda məlum olur ki, dünyanın barmaqla sayılacaq qədər ölkəsində belə müasir silah arsenalına malik hərbi hissələrə rast gələ bilərik. İyirmi beş hektarlıq kompleksin döyüş texnikası parkında helikopterlər, “Harop”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, minaatanlar, zenit qurğuları və digər müasir silah sistemlərinin mövcudluğu Azərbaycan dövlətinin təhlükəsizik məsələlərində heç bir məsrəfdən çəkinmədiyini əyani nümayiş etdirir. Bu, Azərbaycanın hərbi qüdrətinin və sərhədlərinin etibarlı qorunmasının göstəricisidir. Burada şəxsi heyət üçün qərargah binası, zabit-gizir və əsgər yataqxanaları, iş otaqları, yeməkxana, yaşayış binaları, anbarlar və digər zəruri infrastruktur yaradılıb. Bu, şəxsi heyət üçün yaradılan dövlət qayğısının təzahürüdür. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı , Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı, YAP-ın fəal üzvü Geri dön |