Ana Sayfa > Dünya > Şenay Akay: "Artıq gecə həyatım yoxdur, ana olmaq istəyirəm" (FOTO)

Şenay Akay: "Artıq gecə həyatım yoxdur, ana olmaq istəyirəm" (FOTO)


8-06-2016, 11:38. Yazar: admin


Keçən il podiumlara vida edən keçmiş model Şenay Akay ailə həyatı qurmaq və ana olmaq istədiyini açıqlayıb.

Aia.az məlumat verir ki, model açıqlamasında "Mənə yaraşacaq insanı gözləyirəm. Artıq ana olmağı çox istəyirəm"-, deyə bildirib.

Son vaxtlar evdar xanım olmağa üstünlük verən və İzmirdə gözəllik mərkəzi işlədən Akay gecə həyatına son qoyduğunu deyib:

"Spirtli içki, siqaret və gecə həyatım yoxdur. Pis vərdişlərə son qoyub, artıq ailəli dostlarımın sırasına qoşulmaq istəyirəm".

Qeyd edək ki, ötən il modeli aparıcısı olduğu verilişin prodüsserləri tərəfindən məhkəməyə verilmişdi. Səbəb kimi 36 yaşlı modelin onları dırnağı ilə cırmaqladığı göstərmişdi. İttihamı qəbul edən Akay, prodüsserlərin ona qarşı zor tətbiq edərək öpməyə çalışdıqları üçün belə etdiyini bildirmişdi.
Geri dön