Ana Sayfa > Ölkə > Mingəçevirdə şəhid ailələri ilə növbəti görüş

Mingəçevirdə şəhid ailələri ilə növbəti görüş


24-10-2022, 12:59. Yazar: sevinc1
Mingəçevirdə şəhid ailələri ilə növbəti görüş

AİA.Az xəbər verir ki, Milli Məclisin Deputatı Aydın Mirzəzadə, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev və Qarabağ Müharibəsi, Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədr müavini, Qazi Pərviz Məmmədov II Qarabağ müharibəsi şəhidləri Mahmudov Etibar Aleksandr oğlu və Əlibəyli Mikayıl Xalqverdi oğlunun valideynlərinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident , Ali Baş Komandan İlham Əliyevə , Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Mahmudov Etibar Aleksandr oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və Əlibəyli Mikayıl Xalqverdi oğlu “Vətən uğrunda”, Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunublar.
Geri dön