Ana Sayfa > Ölkə > Gədəbəy rayonunda Şəhid məzarı ziyarət olunub

Gədəbəy rayonunda Şəhid məzarı ziyarət olunub


24-10-2022, 10:32. Yazar: sevinc1
Gədəbəy rayonunda Şəhid məzarı ziyarət olunub

AİA.Az xəbər verir ki, 23.10.2022-ci il tarixdə ​ 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Parakənd ​ kənd sakini Nağıyev Elfaq Azad oğlunun ikinci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşı, Gədəbəy rayon İH Başçısı aparatının məsul​ işçiləri və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.​

​ ​ ​ Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

​ Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!


Geri dön