Ana Sayfa > Gündəm > Bəyaz sarayın bəyaz gecələri.

Bəyaz sarayın bəyaz gecələri.


7-06-2016, 18:02. Yazar: admin
Bəyaz sarayın bəyaz gecələri.
Sumqayıt şəhər 10-cu mikrorayondakı Bəyaz şadlıq sarayının dırnaqarası bəyaz gecələri sakinlərin səbr kasasını daşdırır. Bu sakinlərin adından bu şadlıq sarayı toydan çox bəzi işləri ilə ad çıxarmaqla şəhərdə iz buraxıb. Sakinlər Ramazan və Məhərrəm aylarında bir də toy olmayan günlərdə müəyyən qədər qulaqları dinc olur. Toy başlayanda kabab bişirilən manqaldan çıxan tüstü binada yaşayan sakinlərin evlərinə dolur. Bu tüstü prosesində sonra guppultulu fonoqramalı mahnı səsləri başlayır. Toyların axırı daha unudulmaz xatirələrlə dolu olur. Beləki toyun axırlarında səmaya atılan fişənglərin səsi Qrad qurğusundan atılan raket səslərindən heç nə ilə fərqlənmir. Bu fişənglər gecə saat 11-12 radələrində insanların işdən gəlib yatan vaxtlarında olur. Amma gecələr bu şadlıq evi daha da dramatik vəziyyətə düşür. Tez-tez ofisantlar arasında düşən davalar pulsuz, biletsiz, teatr komediyalarını xatırladır. Bu cür teatrlarda nalayiq küçə söyüşləri, qışqır bağırlar daha təsiredicidi. Amma təsiredici məqamlar içkili, sərxoş, insanların saldığı davalar bina sakinlərinin gecələrini unudulmaz edir. Gecə saat 2-3 aralarında bəzi şəxlərin bir- birlərinə nalayiq zarafatları səs küy salmasıda daha bir mədəniyyətsizliyin təzahürüdü. Adının çəkilməsini istəməyən bir sakin deyir.

- Bir dəfə yağış yağanda sərxoş insan asfaltda çimməyə qərara almışdı. Daha bir şəxs isə içkili olanda darvazaları yumruqlamağa başladı. Bu hadisələrə bizdəki toy mədəniyyətinin hələdə inkişaf etməməsi əksinə belə bir vəziyyətə düşməsini söyləmək olar. 10- cu mikrorayon sakinlərini açıq demək istəməsələr də bu məsələni aktual olmasını istəyirlər. Amma qabaqdan Ramamzan ayı gəlir. 1 ay sakinlərin müvəqqəti qulaqları dinc olacaq. Amma müvəqqəti və yenə pulsuz teatr tamaşaları başlanacaq. İcra hakimiyyəti bu məsələyə baxsaydı sakinlərində ürəyincə olardı.

Şirxanlı Rövşən
Geri dön