Ana Sayfa > Ölkə > Gədəbəy rayonunuda Şəhid məzarı ziyarət olunub

Gədəbəy rayonunuda Şəhid məzarı ziyarət olunub


23-10-2022, 10:55. Yazar: sevinc1
Gədəbəy rayonunuda Şəhid məzarı ziyarət olunub

AİA.Az xəbər verir ki, 22.10.2022-ci il tarixdə ​ 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Səbətkeçməz ​ kəndindən Əliyev Bəybala Fazil oğlunun doğum günü münasibətilə YAP Gədəbəy rayon təşkilatının, Gədəbəy rayon İH Başçısı aparatının məsul​ işçiləri ,Gədəbəy Rayon Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.

​ ​ ​ Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və birinci ​ Vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

​ ​ Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Geri dön