Ana Sayfa > Seçilənlər-6 > Nigarın nağılı

Nigarın nağılı


7-06-2016, 17:55. Yazar: admin


Biri vardı,biri yoxdu.Nigar adlı bir qız vardi.Nigar çox mehriban qız idi.Amma yaman dəcəl idi.Onun çoxlu oyuncaqları var idi.Ayı ,dovşan,pişik,dələ,zürafə,dəvə və arı. Nigar bu oyuncaqlarla bütün günü əylənərdi.Sonra isə onları hara gəldi atardı.

Deyəndə:

- Nigar ,oyuncaqlarını niyə yerinə yığmırsan?Deyirdi ki, zəhmət çəkib özləri gedib yerlərini tapsınlar . Bir gün belə,iki gün belə,axır ki,oyuncaqlar Nigarın əlindən bezdilər.Düşündülər ki, gedib özümüzə elə yer tapaq ki,orada bizi incitməsinlər.

Səhər açıldı.Nigar hələ şirin-şirin yatırdı. Oyuncaqlar xəlvətcə əl-ələ verib meşəyə qaçdılar.Az getdilər ,çox getdilər,dərə təpə düz getdilər, gəlib yekə bir ağacın altında dayandılar.

Pişik dedi: “Yorulmuşam daha heç yana gedən deyiləm”.

Oyuncaqlar acından ,susuzluldan az qala ölürdülər.Zürafə boynunu uzadıb ağacdan yarpaq qırıb dostlarına atdı.Dəvə mədəsinə yığdığı sudan dostlarını qonaq elədi.Dostlar ağacın dibində uzanıb yatdılar.

Gecə bərk səs gəldi.Bu meşənin padşahı aslanın səsi idi.Qorxudan hamı tit-tir əsməyə başladı.Hara qaçacaqlarını bilmədilər.Pişik dedi:

-Qorxmayı,o mənim uzaq qohumumdu.Bir təhər onunla dil tapıb sizdən uzaqlaşdıraram.Pişik qabağa çıxıb şirə salam verdi.

-Salam əziz dayınəvəsi.

Şir qaşqabağını töküb dedi:

-Sən kimsən?Haradan mənim qohumum oldun?

-Əzizim,mənə diqqətlə baxsan,tanıyarsan.Sadəcə biz çoxdandır görüşmürük.

Şir diqqətlə pişiyə baxdı :

-Döğrudan bir az mənə oxşayırsan.Ancaq sən niyə belə balacasan?

-Haqlısan.Çünki mən insanla yaşayıram.Ona görə də belə balacayam.

-Yaxşı ,ay bibinəvəsi ,mən sənə necə kömək edə bilərəm?

-Əziz qohum,ey meşələr padşahı ,əgər mümkünsə mənə bir az yemək ver.

-Təzəcə bir maral ovlamışam. Gəl qonaq ol.Mən toxam.Daha yeməyəcəm.Onsuz da qurd-quş gəlib yeyəcək.Elə, gəl, səni qonaq edim.

-Çox sağ ol!

-Olar ki,mən əti götürüb o tərəfdə yeyim.?Qohum olsaq da hər halda sən meşənin şahısan.Sənin qarşında yemək bir az ədəbsizlik olar.

- Mən öz meşəmi gəzirəm.Görüm nə var, nə yox?Necə istəyirsən elə də et.Şir uzaq qohumu ilə sağollaşıb yoluna davam etdi.

Pişik tez dostlarını çağırdı.Onlar gəlib maralın ətini ağacın altına apardılar.Doyunca yeyib içdilər.

Səhər açıldı.Yaxşı, bəs biz indi hara gedək?

Arı dedi:

- Dostlar ,siz yuxudan durunca mən güllərdən-çicəklərdən bir az şirə toplamışam.Kefim lap əladır.İndi siz ağacın altında gözləyin,mən bir yer tapıb gəlirəm.

Arı uçdu,uçdu,axırda gördü ki,bir yer var orada heyvanlar çox xoşbəxt yaşayırlar.Həm də orada çoxlu heyvanlar var.Ona görə də heç kəs darıxmır.

Arı geri qayıtdı.Tapdığı yer haqqında dostlarına danışdı.Onlar oturub məsləhət etdilər.Dovşan dedi:

-Bəlkə geri- Nigarın yanına qayıdaq?Yəqin indi Nigar bizim üçün darıxıb,bizi axtarır.Daha bizi incitməz.

-Zürafə narazılığını bildirdi:

-Nigar hər dəfə məni atanda başım yerə dəyirdi.Mən Nigarın yanına qayıtmaq istəmirəm.

Ayı dedi:

-Düzdü ,mən də qayıtmaq istəmirəm.Bəlkə elə meşədə qalaq?

-Yox, axı biz meşədə böyüməmişik, yem tapmaq bizə çətin olar.

Onlar yola düşdülər.Arı göylə,onlar yerlə,az getdilər,çox getdilər,axır ki,gəlib həmin yeri tapdılar.

Bura çox gözəl,təmiz ,maraqlı bir yer idi.Burada onları çox mehriban qarşıladılar. Hərəsinə bir otaq ,vaxtlı- vaxtında yemək,su verdilər.Arı dedi:

-Dostlar, məndən inciməyin mən burada qala bilmərəm.Burada sizə xoş olar,mənim yerim isə güllərin, çiçəklərin arasıdır.Amma darıxmayın hərdən havalar isti olanda gəlib sizə baş çəkəcəm.Dostları kədərlənsələr də razılaşdılar.Arı onlarla sağollaşıb çəmənliyə tərəf uçdu.

İndi sizə kimdən deyim,kimdən deməyim Nigardan. Səhər Nigar yuxudan oyandı.Nə qədər axtardı,oyuncaqlarını tapa bilmədi..Elə bil oyuncaqlar yoxa çıxmışdılarNigar indi anladı ki,oyuncaqları ilə kobud davranıb.Onlar qaçıblar.Amma nə etmək olar.Sonrakı peşimançılıq fayda verməz.Beləcə günlər ötüb keçdi.

-Bir gün Nigar anası və atası ilə Zooparka getmişdi.Birdən nə görsə yaxşıdır.Onun oyuncaqları hamısı-tək arıdan başqa buradadır.Nigar çox sevindi.Sevincinin həddi-hüdudu yox idi.Aha, axır ki,mən sizi tapdım.Sizin üçün çox darıxmışdım.İndi

İndi evimizə gedərik.Yox Nigar daha biz geri dönən deyilik.Burada bizə yaxşı baxırlar,incitmirlər.Biz öz yerimizi tapmışıq-oyuncaqlar bir ağızdan dedilər.

Nigar başa düşdü ki,kobudluğun axırı heç də yaxşı olmurmuş.Bir az kədərləndi...

Eybi yox,dostlarım,təki sizə yaxşı olsun.

İndi Nigar oyuncaqları üçün darıxanda Zooparka gedir.Nigar çox istəyir ki, öz oyuncaqlarını sığallasın,əzizləsin,icazə vermirlər.Dostları ilə Nigarı dəmir barmaqlıqlar ayırır.Əgər Nigar və dostları oradakı heyvanlara toxunsalar,onlar xəstələnə bilərlər.

Hərdən pəncərənin ağzında arı vızıltısı eşidilir. Nigar tez pəncərəyə tərəf qaçır.Bilir ki,bu onun arısıdır.Nigar pəncərəni açsa da arı evə gəlmir.Elə pəncərənin qabağında fırlanıb Nigara qanad yelləyib uçub gedir.Nigara isə onun arxasınca baxmaq qalır.

Hə ,uşaqlar,siz də çalışın ki,öz dostlarınızla mehriban davranasınız.Yoxsa onlar Nigarın oyuncaqları kimi sizi tərk

edərlər.Göydən üç alma düşdü.Biri nağılı yazanın,biri Nigarın,biri də nağılı dinləyənlərin.


Geri dön