Ana Sayfa > Seçki 2024 > Bazar gününün hava proqnozu: Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək

Bazar gününün hava proqnozu: Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək


22-10-2022, 13:03. Yazar: sevinc1
Bazar gününün hava proqnozu: Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək

Azərbaycanda oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AİA.Az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Qeyd olunub ki, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarına gəlincə, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Bildirilib ki, arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-18° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 4-8° isti olacaq.
Geri dön