Ana Sayfa > Seçki 2024 > Yasamalda ağacları bu qurum kəsibmiş

Yasamalda ağacları bu qurum kəsibmiş


22-10-2022, 12:30. Yazar: sevinc1
Yasamalda ağacları bu qurum kəsibmiş

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 78 və 90-92 nömrəli yaşayış binalarının arxa hissəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

“AİA.Az” xəbər verir ki, bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı ümumilikdə 13 şam ağacının kəsildiyi, kəsilmiş ağaclardan 9-nun bioloji inkişafda, 4-nün isə quru olduğu müəyyən olunub: “Araşdırma zamanı ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürüldüyü məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib”
Geri dön