Ana Sayfa > Gündəm > XİN başçısı: “Xeyriyyə yarmarkasında toplanan vəsait əlil uşaqların ehtiyaclarına yönəldiləcək”
XİN başçısı: “Xeyriyyə yarmarkasında toplanan vəsait əlil uşaqların ehtiyaclarına yönəldiləcək”22-10-2022, 12:22. Yazar: sevinc1 |
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) keçirdiyi xeyriyyə yarmarkasından toplanan bütün vəsait sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarına yönəldiləcək. “AİA.Az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasının açılış mərasimində deyib.. Onun sözlərinə görə, XİN belə bir tədbiri ilk dəfədir təşkil edir: “Bu tədbir ölkənin mədəni müxtəlifliyini nümayiş etdirmək məqsədi daşıyır və müxtəlif ölkələrin diplomatik korpuslarına bir-birini daha yaxından tanımağa, həmçinin özəl sektorda əməkdaşlığı inkişaf etdirməyə imkan verir”. C.Bayramov vurğulayıb ki, sərgi Azərbaycan ilə BMT arasında tərəfdaşlığın 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 illiyi və BMT Günü münasibətilə təşkil edilib. Geri dön |