Ana Sayfa > Media > İnsan alveri ilə mübarizəyə dair maarifləndirmə təlimi

İnsan alveri ilə mübarizəyə dair maarifləndirmə təlimi


20-10-2022, 09:28. Yazar: sevinc1
İnsan alveri ilə mübarizəyə dair maarifləndirmə təlimi

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhlükəsiz səyahət “ ölkəyə daxil olan və xaricə səfər edən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması” layihəsinin icra planına uyğun olaraq Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulduğu kimi İnsan alverinin, xüsusilə qadın və uşaq alverinin, həmçinin məcburi əməyin qarşısının alınması məqsədi 17 oktyabr 2022- ci il tarixdə Qəbələ rayonu, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində müxtəlif yaş qrupuna aid 30 nəfər şəxsə insan alveri ilə mübarizəyə dair maarifləndirmə təlimi keçdi.

Təlimi İnsan alveri ilə mübarizə sahəsində böyük təcrübəsi olan, tanınmış təlimçi Ümidvar Həsənov apardı. O, təlimçilərə xaricə getmək istəyən və ölkəmizə gələn şəxslərin İnsan alveri qurbanına çevrilməmələri üçün nəyi bilmələri, hansısa problemlə rastlaşdıqda hansı qurumlara müraciət etmələri, hansı sənədləri mütləq şəkildə özündə saxlamalı olduqları, xarici ölkələrə ailə qurmaq, təhsil almaq adı ilə gedən şəxslərin hansı zəruri tədbirlər görmələri ilə bağlı geniş məlumat verdi. Təlimin sonunda iştirakçılara sertifikatlar verildi və maarifləndirmə turuna cəlb olunacaq 20 nəfər könüllülüər seçildi.

18 oktyabr 2022- ci il tarixində isə maarifləndirmə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzindən maarifləndirmə turuna cəlb cəlb edilmiş könüllülər tərəfindən insanlara dövlət qurumları və təşkilat tərəfindən çap olunmuş “Təhlükəsiz səyahət” adlı maarifləndirici bukletlər paylanıldı.

aia.az
Geri dön