Ana Sayfa > Ölkə > Qadının çantasından 2000 manat oğurlayan şəxs saxlandı

Qadının çantasından 2000 manat oğurlayan şəxs saxlandı


19-10-2022, 11:22. Yazar: sevinc1
Qadının çantasından 2000 manat oğurlayan şəxs saxlandı

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Əliyevanın çantasından 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vidadi Nəzərov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalarla onun Yasamal rayonu ərazisində Biləsuvar rayon sakini B.Əliyevin cibindən içərisində 780 manat və şəxsiyyət vəsiqəsi olan pulqabı, Bakı şəhər sakini A.Səfərovanın isə içərisində pulu, bank kartları və sənədi olan pulqabını oğurlaması, sonradan həmin qadının bank hesabından 114 manat pulunu çıxarması da müəyyən olunub.

Araşdırma davam etdirilir.

aia.az
Geri dön