Ana Sayfa > Karusel / Ölkə > Bakıda DƏHŞƏT:

Bakıda DƏHŞƏT:


19-10-2022, 10:34. Yazar: sevinc1
Bakıda DƏHŞƏT:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, oktyabrın 16-da saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.

Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Vahid Mahmudov saxlanılıb.

Araşdırma aparılır.

aia.az
Geri dön