Ana Sayfa > Dünya > Berluskoni:
Berluskoni:19-10-2022, 09:32. Yazar: sevinc1 |
İtaliyanın keçmiş baş naziri, “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni Ukraynanın NATO-ya daxil olmasının dünya müharibəsinə səbəb ola biləcəyi ilə bağlı fikir bildirib. “Biz tez-tez nüvə bombalarından istifadə ilə bağlı danışıqlar eşidirik. Tanrı bizi bu təhlükədən qorusun. Ukrayna NATO-ya üzv olmaq istəyir. Əgər NATO-ya üzv olarsa, müharibə dünya müharibəsinə çevriləcək”, - deyə siyasətçi bəyan edib. Qeyd edək ki, sentyabrın 29-da partiya lideri 86 yaşını qeyd edib. aia.az Geri dön |