Ana Sayfa > Özəl / Parlament > 18 oktyabr 2022-ci il tarixində YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında “Müstəqilik Günü" qeyd edildi.
18 oktyabr 2022-ci il tarixində YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında “Müstəqilik Günü" qeyd edildi.18-10-2022, 20:39. Yazar: sevinc1 |
AİA.Az xəbər verir ki, tədbirdə təşkilatın fəalları iştirak edirdilər. Çıxış edənlər bildirdilər ki, hər bir xalq üçün dövlət müstəqilliyi, müstəqil dövlətinin olması ən önəmli məsələlərdən biri, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Azərbaycan xalqı müəyyən dövrlərdə özünün dövlət müstəqilliyini itirmişdir. Dövlət Müstəqilliyinin bərpası Azərbaycan xalqının və millətinin başlıca məqsədi olmuşdur. 1918-ci ildə şərqdə ilk demokratik respublikanın yaranması böyük məna kəsb etmiş, lakin müstəqilliyin 23 ay davam etməsinə baxmayaraq, müstəqillik ideyası ictimai şüurda həmişə mövcud olmuşdur. Müstəqil dövlət yaradılması, dövlətçiliyimizin bərpası ideyası müstəqilliyimizin itirilməsindən sonrakı mərhələdə xeyli müddət davam etmişdir. Xalqımız hər zaman azadlıq uğrunda fədakarcasına mübarizə aparmışdır. Geri dön |