Ana Sayfa > Təhsil > Kollecdə “Dövlət Müstəqilliyinin Bərpasının” 31-ci il dönümünə həsr olunmuş tədbir keçirildi
Kollecdə “Dövlət Müstəqilliyinin Bərpasının” 31-ci il dönümünə həsr olunmuş tədbir keçirildi18-10-2022, 17:47. Yazar: sevinc1 |
18 oktyabr 2022-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Dövlət Müstəqilliyin Bərpası Günü”nün 31 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq bildirdi ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31-ci ili tamam olur. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil repsublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Azərbaycan xalqı 1991-ci ildən sonra ikinci dəfədir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib. Məruzə ətrafında Kollecin “Tarix və ictimai elmlər” FBK-nın sədri, müəllimi Günel Abdullayeva, Lənkəran–Astara regional təhsil idarəsinin Lənkəran sektorunun aparıcı məsləhətçisi, məktəbdənkənar tərbiyə işləri üzrə kuratoru Cəmil Axundzadə, Ombudsman aparatının Cənub regoinal mərkəzinin rəhbəri Ziya İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə əməkdaşı Emin Həmidli çıxış etdilər. Məruzəçilər dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilməsindən söz açdılar. Azərbaycan bundan sonrada öz müstəqilliyini qoruyub saxlayacaq və Respublikamız daha da inkişaf edəcəkdir. Azərbaycan xalqı bütün bunların əldə olunması üçün böyük çətinliklərdən keçmiş, torpaqlarımızın müdafiəsi, ölkəmizin suverenliyi, ərazi bütövlüyünün müdafiəsində oğul və qızlarımız qəhrəmancasına vuruşmuş, həyatlarını qurban vermişlər. Buna görə müstəqilliyimizi qorumaq, onu daim müdafiə etmək hər birimizin ən müqəddəs borcudur. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin,öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir və sarsılmazdır. Tədbirdə Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tar.ü.f.d. Cəmil Quliyev, müəllimlər Minarə Qurbanova, Sədaqət Axundova, Sevda Mirzəcanova, Əkbər Novruz, İbrahim Hüseynov və tələbələr iştirak edirdilər. Geri dön |