Ana Sayfa > Özəl / Seçki 2024 > Gədəbəy rayonuda Şəhid məzarları ziyarət olunub

Gədəbəy rayonuda Şəhid məzarları ziyarət olunub


17-10-2022, 16:24. Yazar: sevinc1
Gədəbəy rayonuda Şəhid məzarları ziyarət  olunub

AİA.Az xəbər verir ki, bu gün-17.10.2022-ci il tarixdə ​ 44
günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Novoivanovka kənd sakini Cəfərov Elmar İlham oğlu və Poladlı nümayəndəliyinin Kələman kənd sakini Paşayev Firdovsi Afiq oğlunun ​ ikinci ildönümləri münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev , Gədəbəy rayon İH Başçısının birinci müavini Natiq Nağıyev, hüquq-mühafizə orqanları əməkdaşlarının və kənd camaatının iştirakı ilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi.​

​ ​ ​ Şəhidlərin valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

​ Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Geri dön