Ana Sayfa > Qərbi Azərbaycan > Bəzi insanların niyə koronavirusa yoluxmadığı məlum oldu

Bəzi insanların niyə koronavirusa yoluxmadığı məlum oldu


17-10-2022, 16:23. Yazar: sevinc1
Bəzi insanların niyə koronavirusa yoluxmadığı məlum oldu

Oksford Universitetinin alimləri “bəzi insanlar niyə koronavirusa yoluxmur?” sualına cavab verə biləcək araşdırmanın nəticələrini açıqlayıblar.

Britaniyalı tədqiqatçılar bu qənaətə gəliblər ki, təxminən 10 nəfərdən 3-də “HLA-DQB1*06” kimi tanınan gen var və sözügedən gen koronavirus peyvəndlərindən sonra insanlarda daha çox anticisim istehsalına səbəb olur.

Başqa sözlə desək, bu geni daşıyan insanlar peyvənddən sonra daha intensiv müdafiəyə malik olduqları üçün virusa daha az yoluxurlar.

Tədqiqat çərçivəsində alimlər “Pfizer-BioNTech” və ya “Oxford-AstraZeneca” peyvəndinin ilk dozasını alan 1600 yetkin insanın qan nümunələrini araşdırıblar. Komanda sözügedən genə sahib olanların qanında daha çox anticisim olduğu qənaətinə gəlib.

aia.az
Geri dön