Ana Sayfa > Ölkə / Özəl > 2020-Cİ İL 17 OKTYABR TARİXİ FÜZULİ ŞƏHƏRİNİN IŞĞALDAN AZAD OLUNDUĞU GÜNDÜR -ŞƏRH
2020-Cİ İL 17 OKTYABR TARİXİ FÜZULİ ŞƏHƏRİNİN IŞĞALDAN AZAD OLUNDUĞU GÜNDÜR -ŞƏRH17-10-2022, 11:00. Yazar: sevinc1 |
2020-ci il 17 oktyabr tarixi Füzuli şəhərinin işğaldan azad olunduğu gündür. Ermənistanın təxribatlarına cavab olaraq Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 17 oktyabr tarixi xalqımız üçün həm də qürur günüdür. Şübhəsiz ki, belə bir tarixi gündə qalıb Ordunun Müzəffər Ali Baş Komandanının məhz ilk döyüşlərin başladığı ərazidə şəhidləri yad etməsi hər bir azərbaycanlı üçün fəxarət, düşmənlərimiz üçün isə daha bir mesaj idi. Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşınmalıdır. Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Əsrlər illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur. Xalqımıza qarşı erməni daşınaklarının həyata keçirdiyi soyqırımı siyasətinin bir məqsədi olub: işğal olunmuş torpaqlar hesabına “Böyük Ermənistan” dövləti yaratmaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər tədbirlərdə beynalxaq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərdə dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası Azərbaycan torpaqlarında yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir. Şanlı ordumuz işğal altında olan torpaqlarımızı erməni quldurlarından bir-bir azad etdikcə, mənfurların yurdlarımızı necə talan etdiklərinin bir daha şahidi olduq. 30 il boyunca cənnət Qarabağı viranəyə çevirib, talayıb daşı daş üstündə qoymayıblar. Bu illər ərzində vandallar işğal etdikləri ərazilərimizdə maddi-mədəni sərvətlərimizi dağıdıb, tarixi abidələri, evləri, inzibati binaları bütün tikililəri terrora məruz qoyub, yararsız hala salıblar. Mebel istehsalına yararlı bütün ağacları qırıb başqa ölkələrə satıblar, bir sözlə təbiətimizə viran tutublar. Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi qızıl hərflərlə əbədi yazıldı. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı , Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı, YAP-ın fəal üzvü Geri dön |