Ana Sayfa > Dünya > Kiyev bələdiyyəsi xalqı “sığınacaqlarda qalmağa” çağırdı

Kiyev bələdiyyəsi xalqı “sığınacaqlarda qalmağa” çağırdı


17-10-2022, 10:06. Yazar: sevinc1
Kiyev bələdiyyəsi xalqı “sığınacaqlarda qalmağa” çağırdı

Rusiya qüvvələrinin səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə hücumları nəticəsində şəhərdə iki ayrı partlayış baş verib. Hücumların kamikadze dronlarla həyata keçirildiyi bildirilib.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kiyev bələdiyyəsi xalqı “sığınacaqlarda qalmağa” çağırıb.

Bildirək ki, fevralın 24-dən bəri davam edən Rusiya- Ukrayna müharibəsində gərginlik davam edir. Ukrayna ordusu Rusiya üçün böyük əhəmiyyət kəsb edən Krım körpüsünü partladıb. Rusiya isə qisas almaq üçün Ukraynanın paytaxtı Kiyevi bombardman edir. Oktyabrın 10-da baş verən hücumlarda onlarla insan ölüb və yaralanıb.

aia.az
Geri dön