Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Füzulinin işğaldan azad olunması Azərbaycan əsgərinin qəhrəmanlığının və rəşadətinin bariz nümunəsidir”.

Eltun Süleymanov: “Füzulinin işğaldan azad olunması Azərbaycan əsgərinin qəhrəmanlığının və rəşadətinin bariz nümunəsidir”.


14-10-2022, 11:49. Yazar: sevinc1
Eltun Süleymanov: “Füzulinin işğaldan azad olunması Azərbaycan əsgərinin qəhrəmanlığının və rəşadətinin bariz nümunəsidir”.

“Erməni işğalından və vandalizmindən ən çox zərər çəkən bölgələrimizdən biri də Füzuli rayonudur. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.Yurd-yuvasından didərgin salınmış 144 min nəfər əhali 27 il qaçqınlıq həyatının məşəqqətlərinə dözərək doğma torpaqların azad olunacağı günü gözləmişdir. Xalq inanırdı. İnanırdı ki, o gün mütləq gələcək. Onun müdrik rəhbəri bu torpaqların azad olunması üçün müvafiq əmri verəcək və şanlı Azərbaycan ordusu mənfur düşməni məğlub edəcəkdir.
Füzulinin azad olunması istiqamətində ilk addım hələ 5 yanvar 1994-cü ildə atılmışdı. Ulu Öndər Heydər Əliyevin əmri ilə hücuma keçən ordumuz Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi”.

Bu fikirləri AİA.Az-a açıqlamasında Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov söyləmişdir.

Eltun Süleymanov qeyd etmişdir ki, “27 sentyabr 2020-ci ildə erməni təxribatlarının qarşısını almaq və torpaqlarımızı işğaldan azad etmək üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev əmr verdi və ordumuz hücuma keçdi. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edildi. Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi və Füzuli əməliyyatı  Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri oldu. Əlbəttə ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi.mühüm hərbi-strateji əhəmiyyətə malik Füzuli rayonunda gedən qanlı döyüşlər Azərbaycan əsgərinin qəhrəmanlığının və rəşadətinin bariz nümunəsi oldu. Müzəffər Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə həyata keçirilən döyüş əməliyyatları hərb tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu”.

Daha sonra Eltun Süleymanov qeyd etmişdir ki, “Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Bu rayonun ərazisində yüz mindən çox mina basdırılıb.İşğalın nəticələrinin aradan qaldırılması sahəsində çətinliklər də buradan qaynaqlanır. Zəngin tarixi abidələrimiz, infrastruktur demək olar ki tamamilə erməni vandalları tərəfindən darmadağın edilmişdir. Bu gün ermənilərin şivəni ilə onlara havadarlıq edən və hansısa saxta bir daşa görə haray salan qərb dövlətləri illər uzunu bu vandalizmə səs belə çıxarmadılar. Lakin haqq, ədalət bizim tərəfimzidə idi və bu geridönməz prosesi biz həyata keçirdik. İndi isə quruculuq, abadlıq dövrüdür. Ölkənin rəhbəri, millətin sevimlsii cənab Prezident İlham əliyevin həyata keçirdiyi “Böyük Qayıdış” layihəsi uğurla həyata keçirilir. Füzulidə beynəlxalq hava limanı istifadəyə verilmiş, xəstəxana, məktəb binalarının təməli qoyulmuşdur. Qısa müddət ərzində yüksək keyfiyyətli avtomobil yollarının tikintisi başa çatdırılmışdır. Bu işlər torpağın əsil sahiblərinin zəfərlə qayıdışından xəbər verir”.

Müsahibimiz son olaraq bildirmişdir ki, Azərbaycan xalqının inamı, dövlətə və dövlətçiliyə məhəbbəti tezliklə yaraların sağalmasına, Qarabağ torpağının gülüstana çevrilməsinə səbəb olacaqdır. Öz müdrik, uzaqgörən, qətiyyətli rəhbəri ilə birlikdə xalqımız qurub yaradacaq, Füzuli rayonu da ən qısa müddətdə bərpa ediləcək və öz sakinləri ilə firavan günlərinə qovuşacaq”.
Geri dön