Ana Sayfa > Media > Azərbaycan – Qırğızıstan əlaqələri qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə

Azərbaycan – Qırğızıstan əlaqələri qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə


14-10-2022, 11:25. Yazar: sevinc1
Azərbaycan – Qırğızıstan əlaqələri qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə

Son günlər Azərbaycan Dövlət başçısının xarici səfərləri, o cümlədən Asiya dövlətlərinə səfərləri zamanı qarşılanma mərasimlərin seyr edirik. Qürurlu duruş, inamlı addımlar və qürurverici söhbətlər. Ən əsası da ölkə liderləri arasında nüfuz.
Belə səfərlərdən biri də cənab İlham Əliyevin cari ilin 11 oktyabr tarixində Qırğızıstana dövlət səfəridir.
Səfər zamanı Prezident İlham Əliyevin Bişkekdə mətbuata verdiyi bəyanatı Azərbaycanın mövqeyini bir daha ortaya qoydu.
İlham Əliyev bildirdi ki, İki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir.
Səfər zamanı önəmli hadisələrdən bir Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərardır. Bu qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.
Həmçinin yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub.
Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb.
Gündən-günə qardaşlıq əlaqələri genişlənən Bakı və Bişkek şəhərləri qarşılıqlı layihələr həyata keçirməkdə fəaliyyət göstərirlər. Belə əlaqələrin nəticəsi olaraq ən böyük məktəblərdən biri Bişkek şəhərində Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.
Cənab Prezident Prezident İlham Əliyevin Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışı izamanı bildirdi ki, bu gün Türk dünyası yeni potensial əldə edir. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq.
Ölkələrimizin inkişafında humanitar amilin strateji statusu ondan ibarətdir ki, biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.

Sevinc Orucova
Heydər Əliyev adına Liseyin direktoru

Geri dön